Deputat Ərdoğanı təhqir edən etirazçılara pul payladı

Deputat Ərdoğanı təhqir edən etirazçılara pul payladı
  09 İyun 2013    Oxunub:1379
CHP-li millət vəkili baş nazir Rəcəp Tayyin Ərdoğanı təhqir edən aksiyaçılara pul verib
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, İzmirdə Gezi Parkı üçün aksiya təşkil edənləri Cümhuriyyət Xalq Partiyasının İzmir millət vəkili Ələddin Yüksel ziyarət edib. Ziyarət zamanı deputat Ərdoğanı təhqir edən aksiyaçılara pul verib.

Deputat etirazçılarla söhbət edib. Söhbət əsnasında etirazçılar “param yox, pulum yox, sən Tayyinə.... ziyanı yox” deyərək, deputata boş qab uzadıblar. Qrupun bu çıxışını alqışlayan CHP-li deputat cibindən çıxardığı pulu aksiyaçılara uzadıb. Qrup üzvləri pulu aldıqdan sonra, yenidən öz şüarlarını deməyə davam ediblər.





Teqlər:  





Xəbər lenti