ELSA-dan “İnsan Alverinə Son!” - FOTO

ELSA-dan “İnsan Alverinə Son!” - FOTO
  04 Avqust 2015    Oxunub:3905
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi - ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 1 avqust tarixində "İnsan alverinə Son!" forumu həyata keçirilib. Tədbirdə azərbaycanın müxtəlif universitetlərindən olan 50 hüquq tələbəsi iştirak edib.

Forumun keçirilməsində əsas məqsəd müasir dövrdə ən geniş yayılmış cinayət növlərindən biri olan insan alveri barədə gənc nəslin və tələbələrin məlumatlandırılması və Azərbaycanda insan alveri ilə mübarizə sahəsində görülən tədbirlər və əldə edilən uğurlar barədə iştirakçılara məlumat verilməsi olmuşdur. Forumda təşkilatın Prezidenti Faiq Ömərov açılış nitqi ilə çıxış etmiş, daha sonra isə tədbirdə ekspert qismində iştirak edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Şöbə rəisi İlkin Qurbanov insan alverinin növləri, bu sahədə olan statistika, mövcud qanunvericilik, insan alveri qurbanlarına dəyən zərər, onların cəmiyyətə reabilitasiyası üçün görülən tədbirlər barədə iştirakçılara geniş praktiki məlumat verib.

Qeyd edək ki, ELSA Avropanın 42 ölkəsində fəaliyyət göstərən 210 universitetdə təhsil alan 40 mindən artıq gənc hüquqşünası özündə birləşdirir. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsi və cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsidir. Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.





AzVision.az


Teqlər:





Xəbər lenti