Ərdoğandan sənətçilərə sərt xəbərdarlıq

Ərdoğandan sənətçilərə sərt xəbərdarlıq
  10 İyun 2013    Oxunub:1059
“Deyəsən, sizinlə başa düşəcəyiniz dildə danışmaq məcburiyyətində qalacağam”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında Taksim gəzinti parkındakı nümayişçilərə dəstək verən sənətçiləri sərt tənqid edib.

AzVision.az Türkiyənin Vətən qəzetinə istinadən xəbər verir ki, Ərdoğan “çapulcular”ın( baş nazir aksiyaçılara xitabən istifadə etdiyi söz) etdiklərini təkrar etməyəcəklərini, türk polisini heç kimin ayağına verməyəcəklərini deyib.

“Sənətçilərə üzümü tutub demək istəyirəm ki, siz 10 illik hakimiyyətimiz dövründə bizdən nə istədiniz də ala bilmədiniz? Əmin olun ki, bundan sonra hər şey dəyişəcək. Bu millətin iqtidarına hörmət etməyənlər, hörmət görməyəcək. Mən Ankarada bu oyunun alətinə çevrilən türk qardaşlarımıza səslənirəm. Artıq buna son deməyin vaxtı çatıb. Əgər nümayişlərə bu şəkildə davam etsəniz, sizin başa düşəcəyiniz dildə danışmaq məcburiyyətində qalacağıq. Bağışlayın, amma səbrimin də bir sonu var”.

AzVision.az



Teqlər:  





Xəbər lenti