Putin ailəsi əmlakını necə böləcək?

Putin ailəsi əmlakını necə böləcək?
  10 İyun 2013    Oxunub:1172
Putin ailəsi üç avtomobil, bir mənzil, qaraj, torpaq sahəsi və “Skif” avtoqoşqusuna malikdir. Putin ailəsi hələ rəsmi olaraq boşanmayıblar.
AzVision.az rus mətbuatına istinadən məlumat verir ki, Kreml administrasiyasının saytına görə, 2012-ci ildə prezident Vladimir Putin 5,8 milyon rubl qazanıb. Buradan belə məlum olur ki, onun orta aylıq qazancı 500 min rubl təşkil edir.

Son illər ərzində Putinin mülkiyyəti praktik olaraq dəyişməz qalıb. Eyni zamanda, Vladimir Putinin 77 kvadrat metr sahəyə malik mənzili 500 min dollar dəyərində qiymətləndirilir. Onun qarajı 18 kvadrat metr, torpaq sahəsi isə 1500 kvadrat metr sahəyə malikdir. Bəzi məlumatlara görə, onun torpaq sahəsi Moskva ətrafındadır.

Rusiya prezidentinin avtomobil parkı dəbdəbədən kənardır. Onun öhdəsində 3 avtomobil vardır. Putinin vətənpərvərliyi ona xarici avtomobildən istifadə etməyə icazə vermir. Buna görə də onun qarajında QAZ 21M, QAZ 21M-R və “Niva” markalı avtomobillər vardır.

Prezidentdə avtomobillərdən başqa “Skif” avtomobil qoşqusu vardır. Onun dəyəri orta hesabla 50 min rubl qiymətləndirilir.

Putinin arvadı Lyudmila Putin keçən il 121 min rubl qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti