Azərbaycan silahları I `60 mm-lik İkili Təyinatlı Minaatan 20N6M`
Rubrikanı 60 mm-lik İkili Təyinatlı Minaatan 20N6M ilə davam etdiririk.
60 mm-lik ikili təyinatlı minaatan:
-Açıq ərazidə, səngərlərdə, yüksəkliklərin arxa tərəflərində, çökəkliklərdə, dərələrdə və s. yerlərdə yerləşən canlı qüvvəni məhv etmək , məftil maneələri dağıtmaq və atəş vasitələrini susdurmaq;
- Qoşunları düşmən atəşindən və müşahidəsindən qorumaq üçün tüstü pərdələri yaratmaq;
- Ərazini işıqlandırmaq üçün nəzərdə tutulur.
Minaatan iki variantda istifadə olunur: uzaq məsafəli və yüngülləşdirilmiş.
Minaatan uzaq məsafəli variantı hücum və müdafiə zamanı uzaq və yaxın məsafələrə atışlar aparmaq üçün nəzərdə tutulur.
Minaatan yüngülləşdirilmiş variantda kəşfiyyat və hücum zamanı atəş dəsətyini təmin etmək üçün istifadə olunur.
Minaatandan atəş aparmaq üçün NATO standartına uyğun 60mm-lik qəlpəli, tüstüburaxan və işıqlandırıcı minalı atəş yığımlarından istifadə olunur.
Çapı, mm- 60
M61(HE 80) tipli qəlpəli minalı atəş yığımı ilə atış məsafəsi , m:
Uzaq məasfəli variantda 150-2550
Yüngülləşdirilmiş variantda 150- 1600
Lülənin tuşlama bucaqları, dərəcə:
Şaquli 45-85
Uzaq məsafəli variantda üfüqi (ikiayağın yerini dəyişməklə) (15) 360
Minaatanın döyüş (yürüş) vəziyyətindən yürüş(döyüş) vəziyyətinə keçirilmə müddəti. 45 san. çox olmayaraq
Tuşlamanı düzəltmədən maksimal atəş tezliyi, atəş/dəqiqədə- 20 atəşə qədər
Minaatanın uzaq məsafəli variantda döyüş vəziyyətində optik nişangahsız ( nişangahın örtüyü, lüləağzı örtük yığımı və qoryucu örtük daxil olmaqla ) çəkisi, kq, çox olmayaraq -18
Təqdim etdiyimiz digər silah :
60 mm-lik Uzaq Mənzilli Minaatan 20N6MT
60 mm-lik uzaq mənzilli minaatan:
- Açıq ərazidə, səngərlərdə, yüksəkliklərin arxa tərəflərində , çökəkliklərdə, dərələrdə və s. yerlərdə yerləşən canlı qüvvəni məhv etmək , məftil maneələri dağıtmaq və atəş vasitələrini susdurmaq;
- Qoşunları düşmən atəşindən və müşahidəsindən qorumaq üçün tüstü pərdələri yarat-maq;
- Ərazini işıqlandırmaq üçün nəzərdə tutulur.
Minaatandan atəş aparmaq üçün NATO standartına uyğun bütün növ 60mm-lik qəlpəli, tüstüburaxan və işıqlandırıcı minalı atəş yığımlarından istifadə olunur.
Xüsusiyyətləri :
Çapı, mm -60
Atış məsafəsi ,m -4000
Çəkisi, kq -18
Lülənin uzunluğu , mm 940
Lülənin qalxma bucağı, dərəcə 45-dən 85-ə qədər
Atış tezliyi, atış/ dəqiə -20
Həmçinin, digər təqdimatımız 40 mm-lik Tank Əleyhinə Əl Qumbaraatanı TƏQ-7V2-dir.
40 mm çaplı TƏQ- 7V2 tank əleyhinə əl qumbaraatanı düşmən tankları, özüyeriyən artilleriya qurğuları və digər zirehli hədəflər ilə mübarizə aparmaq üçün nəzərdə tutlub.
Qumbaraatan yüngül sığınacaqlar və şəhər tipli tikililərdə yerləşən düşmənin canlı qüvvəsinin məhv edilməsi üçün istifadə edilə bilər.
Qumbaraatanın hədəfə tuşlanması optik və mexaniki nişangahlarla yerinə yetirilir. Qumbratandan atış 40 mm çaplı atəş yığımları ilə aparılır.
Xüsusiyyətləri :
Çapı, mm – 40
Uzunluğu, mm -953,5
Atəş tezliyi , atəş/ dəq. 4-6
Nişangah atış məsafəsi, m :
PG-7VL tipli atəş yığımları ilə -300 m
PG -7VR tipli atəş yığımları ilə -200 m
OQ-7 V tipli atəş yığımı ilə 700 m
TBQ-7V tipli atəş yığımları ilə 550 m
Təyin edilmiş atışların sayı, atəş 250
İstismar tempraturu, °C ±50
Kütləsi (QON-1 tili optik nişangah, ikiayaq və NQ-7V nişangah qurğusu ilə, kq ) 7,5
QON-1 tipli optik nişangahın 0,5
NQ-7V tipli nişangah qurğusunun 0,55
Şahanə Rəhimli
İnfoqrafika: Turan Ramazanlı