“Manat neftə görə ucuzlaşmır…” – Ekspert səbəbi açıqladı

“Manat neftə görə ucuzlaşmır…” – Ekspert səbəbi açıqladı
  05 Avqust 2015    Oxunub:3212
“Bu həftənin ilk 3 günündə manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə aşağı düşüb. Belə ki, əgər Mərkəz Bank dolların manata kursunu avqustun 3-də 1.0493 müəyyənləşdirmişdirsə, növbəti günlərdə rəsmi məzənnə 1.0495 və 1.0499 oldu”.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, manatın dollara nisbətən zəifləməsi heç də son günlər neftin qiymətinin aşağı düşməsi deyil, avronun dünya bazarında mövqelərinin sarsılması ilə bağlıdır: “Belə ki, valyuta səbətində avronun payının artması köhnə qitə pulunun kursunun manata təsir etməsinə səbəb olur. Dollar nisbətən zəifləyən avro manatla müqayisədə də dəyər itirib.

Son 3 gündə dollara nisbətən dəyər itirən manat avroya münasibətdə güclənib. Belə ki, avqustun 3-də 1 avro almaq üçün 1.1524 manat ödəmək lazım idisə növbəti günlərdə uyğun olaraq rəsmi məzənnə 1.1482 və 1.405 oldu. Buna görə də, manatın məzənnəsinin son günlərdəki azalmasını neftin dünya bazar qiymətinin dəyişməsi ilə əlaqələndirməməlidir. Təbii ki, neftin dünya bazar qiyməti ölkəmiz üçün vacibdir. Ancaq onun monetar təsirləri çox qısa deyil, orta müddətli dövrdə özünü göstərir. O baxımdan da, əgər yaxın günlərdə avronun məzənnəsi dollara nisbətən möhkəmlənərsə o zaman milli valyutamız da ABŞ pulu qarşısında dəyər qazanacaq. Avronun zəifləməsi davam etdiyi halda isə dollar yenidən Azərbaycan bazarında nisbi möhkəmlənəcək. Avrozonadakı mövcud durum isə heç də Avropa pulu üçün nikbinlik vəd etmir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti