Tələbələr gəlir, kirayə evlər bahalaşır

Tələbələr gəlir, kirayə evlər bahalaşır
  05 Avqust 2015    Oxunub:2842
Bakıda kirayə evlərin qiymətində artım olacaq.
Bunu AzVision.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspertin sözlərinə görə, kirayə mənzil bazarında təqribən 15-20% bahalaşma gözlənilir.

R.Osmanlı vurğulayıb ki, kirayə bazarında qiymət artımı ilə bağlı ortaya qoyulan proqnozlar bu seqment üzrə xarakterik olan hadisələrə və ümumi konyukturaya hesablanmış fikirlərdir.

“Tələbələrin Bakıya axınına az qalıb. İndidən bölgələrdən gələn tələbələr kirayə ev tutmağa başlayırlar. Bu səbəbdən qiymətlərdə süni bahalşma meydana gəlir.

Bu axın kirayə bazarında tələbi artıracaq. Tələbin artımı isə təbii ki, qiymət artımını stimullaşdıracaqdır. Amma kirayə bazarının mənzil bazarının bir hissəsi olduğunu nəzərə alsaq, düşünürəm ki, mənzillərin satış qiymətlərindəki azalmalara görə kirayə bazarında qiymət artımı kəskin xarakter daşımayacaq”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti