`Stadionu bərbad günə salanlar cəzalanmalıdır` - Deputat

`Stadionu bərbad günə salanlar cəzalanmalıdır` - Deputat
  05 Avqust 2015    Oxunub:2403
“Qarabağ” klubunun rəqibi “Seltik” heç də zəif komanda deyil. Düşünürəm ki, rəqibin belə güclü olmasına baxmayaraq, “Qarabağ” qalib gələcək.
Bunu AzVision.az-a millət vəkili Aqil Abbas deyib.

Milli Məclis üzvü bildirib ki, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasına görə aidiyyatı şəxslər cəzalanmalıdır.

“Stadionun ot örtüyünə nəzarəti ingilislər edirdi. Oyundan sonra hansı şirkət bu işi həyata keçirirdisə, o da öz cəzasını almalıdır. Amma bütün bunlara baxmayaraq, “Qarabağ”a inanıram. Hər zaman klubumuza inanmışam. Futbolda udmaqla bərabər, uduzmaq da var, amma əsas odur ki, yaxşı oyun göstərəsən. İnanıram ki, “Qarabağ” hər zaman olduğu kimi yenə də yaxşı oyun göstərəcək”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti