İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
  10 İyun 2013    Oxunub:1320
44 nəfər növbəti mərhələdə iştirak hüququ qazanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il iyunun 9-da Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
AzVision.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)-nın rəsmi saytına istinadən xəbər verir ki, imtahanda iştirak etmək istəyən 287 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 265 nəfəri imtahanda iştirak edib 22 nəfər imatahana gəlməyib.

İmtahanın nəticələri saat 15:00-dan etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilib.

Test imtahanının nəticələrinə əsasən 44 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.

Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasındada imtahan nəticələrinə dair arayış təqdim olunacaq.

İmtahan 3 saat davam edir. Hər sual bir balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar. Ən yüksək nəticə 86 bal olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti