Məhkəmə "ZEK"ə 9 il verdi

Məhkəmə "ZEK"ə 9 il verdi
  05 Avqust 2015    Oxunub:1841
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluq etməkdə təqsirli bilinən keçmiş məhbus Əfqan Xudiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Əfqan Xudiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakıda mənzil və mağazaları qarət edərək külli miqdarda pul və müxtəlif əşyalar oğurlayan keçmiş məhkum yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsdinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Əfqan Xudiyevin üzərindən 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Belə ki, o, aprelin 30-da Vidadi küçəsində Namiq Məmmədovun mənzilindən pul və qızıl-zinət əşyaları, mayın 14-nə keçən gecə Elman Cəfərova məxsus, H.Aslanov küçəsində yerləşən ofisdən iki ədəd televizor və noutbuk, mayın 4-də Nəsihət Əliyevə məxsus, R.Behbudov küçəsində yerləşən mağazadan 1000 manat, iyunun 14-nə keçən gecə Nadir Məmmədova məxsus, Nizami küçəsində yerləşən mağazadan eynəklər, disklər, saatlar və mobil telefonlar, iyulun 8-nə keçən gecə Ruslan Kərimova məxsus, Nizami küçəsində yerləşən mağazadan 4470 manat və kişi geyimləri, iyulun 19-na keçən gecə Səbinə Sultanovaya məxsus, H.Aslanov küçəsində yerləşən mağazadan 8325 manat dəyərində qadın geyimləri, iyulun 24-nə keçən gecə isə M.Qardaşları küçəsində yerləşən, Salyan rayon sakini Elşən Eminova məxsus gözəllik salonundan 3800 manat və 1454 ABŞ dolları oğurlayıb.

İstintaq zamanı Ə.Xudiyevin Səbail rayonu ərazisindən də oğurluq etməsi müəyyən edilib. Belə ki, o, iyulun 6-na keçən gecə Z.Əliyeva küçəsində yerləşən, Svetlana Cəfərovaya məxsus gözəllik salonundan 1025 manat və ətriyyat, iyulun 12-nə keçən gecə Z.Əliyeva küçəsində yerləşən gözəllik salonundan mis vaza, ətir, bijuteriya və qadın saatı oğurlayıb.(Lent.az)


Teqlər:





Xəbər lenti