Metro kartı nə vaxt ləğv olunur? - Açıqlama

Metro kartı nə vaxt ləğv olunur? - Açıqlama
  06 Avqust 2015    Oxunub:10444
Bakıda avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılır.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, ilkin mərhələdə "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından "BakuBus"MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək.

"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.

Qeyd edək ki, "BakıKart"ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür. Bu növ kart yuxarıda adları çəkilən nəqliyyat vasitələrində daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulub.

"BakıKart Məhdud istifadə üçün" kartın qiyməti də 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,20 manatdır. Termianllarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub.
Hər iki növ kart heç bir halda geri qaytarılmır.

Qurum "Metrokart"ın yeni karta inteqrasiya qaydalarına da aydınlıq gətirib. Belə ki, "Metrokart"ın girov dəyəri 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: "Metrokart"ın girov dəyəri "Metrokart"a gediş haqqı olaraq yüklənir. "Metrokart"ın balansı sıfır olduqda atılır və yeni "Bakıkart" alınaraq istifadə olunur. "Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə edilir.

"Metrokart"ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər. "Metrokart"ın girov dəyəri və balansında olan məbəğ "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə "Bakıkart"ı alıb istifadədə olan "Metrokart"ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir.

Bir ədəd "Metrokart"ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd "Bakıkart"a transfer etmək mümkündür. "Metrokart"ı qaytarmaq istəyən sərnişinlər kartın girov dəyərini avqusutn 15-nə kimi stansiyaların xəzinədarlarından geri ala biləcəklər.

Avqustun 15-dən sentyabrın 30-dək "Metrokart"ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq. Həmçinin avqustun 15-dən etibarən köhnə kartlarda balansı artırmaq mümkün olmayacaq.

Sentyabrın 30-dək metropolitendə "Metrokart" və "Bakıkart"ın birgə istifadəsi həyata keçiriləcək. Sentyarın 30-dan etibarən "Metrokart"ın istifadəsi dayandırılacaq.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti