Obama İranı hədələdi: `Tehran əməl etməzsə...`

Obama İranı hədələdi: `Tehran əməl etməzsə...`
  06 Avqust 2015    Oxunub:1939
“Nüvə proqramı ilə bağlı İranla əldə olunan razılaşmaya rəsmi Tehran əməl etməzsə, ABŞ bu ölkə ilə bütün əlaqələrini kəsəcək”.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu bəyanatla ABŞ prezidenti barak Obama çıxış edib.

ABŞ prezidenti bəyanatında işarə edib ki, artıq İranın nüvə silahı əldə etmə istəyinin qarşısı alınıb: “Nüvə proqramına dair İranla əldə olunan razılaşma bu ölkənin nüvə bombası yaratmağa gedən bütün yollarını bağlayıb”.

B. Obama vurğulayıb ki, İranla razılaşma rəsmi Tehran və Vaşinqton arasında bütün problemləri həll etməyib və münasibətlərdə “istiləşmə” yaratmayıb.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti