Etibar Məmmədov deputatlığa namizəd olacaq?

Etibar Məmmədov deputatlığa namizəd olacaq?
  06 Avqust 2015    Oxunub:3922
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirakı məsələsinə aydınlıq gətirilib.
Partiya sədri Yusfi bağırzadə AzVision.az-a açıqlamasında deyib ki, E. Məmmədovun seçkidə iştirakı onun konstitusion hüququdur.

Y.Bağırzadə məsələ ilə bağlı fikirlərini belə davam etdirib: “Etibar Məmmədovun seçkidə iştirak edib-etməməsi onun özünün qərarından asılı olacaq. Ancaq, biz istərdik ki, E. Məmmədov seçkidə iştirak etsin. Bununla belə onun seçkidə iştirakı özündən asılı olacaq”.

Partiya sədri bildirib ki, əgər E. Məmmədov seçkidə iştirakla bağlı qərar qəbul etsə, AMİP onun namizədliyini dəstəkləyəcək.

Qeyd edək ki, AMİP parlament seçkilərində təkbaşına iştirakla bağlı qərar qəbul edib. Bununla belə partiyanın seçkiyə blok şəkilində qatılma məsələsi də hələlik açıq qalır.

Elvin Abdulqədirov

AzVision.azi,


Teqlər:





Xəbər lenti