İtkin düşən uşaq ölü tapıldı

İtkin düşən uşaq ölü tapıldı
  06 Avqust 2015    Oxunub:3094
İtkin düşmüş şəxsin dənizdə batdığı məlum olub.
AzVision.az DİN-nin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 4-də Sumqayıt şəhərindəki dəniz çimərliyində Abşeron rayon sakini, 12 yaşlı Anar Baxşəliyev itkin düşüb.

Araşdırmalar zamanı A.Baxşəliyevin çimərkən boğulması müəyyən edilib və avqustun 5-də onun meyiti tapılaraq sudan çıxarılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti