Baş nazir qaçqınları aşağıladı

Baş nazir qaçqınları aşağıladı
  06 Avqust 2015    Oxunub:3026
Böyük Britaniyadan sonra Fransa da qaçqınlara qarşı sərt addımlar atmağa başlayıb.
AzVision.az “Euronews”ə istinadən xəbər verir ki, Fransa ölkəyə gələn miqrantların qarşısını almaq üçün Britaniya ilə birgə keçid tunellərini bağlamağı düşünür.

Böyük Britaniyanın baş naziri David Kemeron isə çıxışında qeyd edib ki, qaçqınların gizli axınının qarşısını almaq üçün çoxlu sədlər tikiləcək.

David Kemeron kobud şəkildə qaçqınları “arı beçəyi”nə bənzədib.

Bu ilin iyun ayında Fransadan Britaniyaya 600 qaçqın keçib. Ümumilikdə isə 5000 nəfərə yaxın qaçqının Fransadan tunel vasitəsi ilə Birtaniyaya keçdiyi bildirilir.

Xatırladaq ki, Fransa və Britaniya Avropada ən az qaçqın qəbul edən ölkələrdir.

Fərrux Həsənov


Teqlər:



Xəbər lenti