Azərbaycan `Xəzər-2015`də iştirak edə bilmədi

Azərbaycan `Xəzər-2015`də iştirak edə bilmədi
  06 Avqust 2015    Oxunub:1654
Azərbaycan komandası `Xəzər-2015` yarışlarında iştirak edə bilməyib.
AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, bu barədə yarışların baş hakimi Dmitriy Qornatenko bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi hövzəsində `Xəzər kuboku` keçirilib. Yarışlarda Rusiya və Azərbaycan gəmilərinin iştirakı planlaşdırılırdı. Lakin yarışlarda yalnız Rusiya ekipajı iştirak edərək 40 bal yığıb.

Qorbatenko qeyd edib ki, Çin komandasının göstərdiyi nəticə nəzərə alınsa, o zaman Rusiya hazırda ilk pillədədir.
`
Azərbaycanlı ekipajın texnika və silahlarında nazsızlıq yaranıb. Gəmi başqa gəmi ilə əvəzlənəcək və avqustun 7-i Azərbaycan hərbçiləri müsabiqədə çıxış edə və öz peşəkarlığını göstərə biləcək`, - deyə hakim bildirib.

Qeyd edək ki, Azərbaycan hərbi gəmiləri iyulun 29-da “Xəzər Kuboku-2015”də iştirak etmək üçün Mahaçqalaya gəlib. Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin 205 layihəli iki patrul-mühafizə kateri və dəniz buksiri Mahaçqala limanına daxil olub.

“Xəzər Kuboku - 2015” avqustun 1-dən 15-nə kimi, Xəzər dənizi akvatoriyasında ümumi sahəsi 300 kv.km olan xüsusi yaradılmış poliqonda keçiriləcək.

Yarış iştirakçıları, əsasən kiçik ölçülü dəniz və hava hədəflərini, üzən minaları məhv edəcək, şərti olaraq qəzaya uğrayan gəmiləri xilas edəcəklər.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti