Yeni kartlardan harada istifadə etmək olar?

Yeni kartlardan harada istifadə etmək olar?
  06 Avqust 2015    Oxunub:2313
“Avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılacaq”.
Bunu AzVision.az-a açıqlamasında "Bakıkart" layihəsinin rəhbəri Ceyhun Əliyev deyib. Onun sözlərinə görə, ilkin mərhələdə "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından "BakuBus" MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək:
- "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayanacaqlarda quraşdırılmış yeni terminallardan əldə etmək olar”.

Gələcəkdə digər avtobuslarda da “BakıKart”dan istifadə olunmasına gəlincə, C.Əliyev bildirib ki, vahid ödəniş kart sisteminin genişləndirilməsi planlaşdırırlır:
“Amma bu layihənin nə zaman olacağı barədə dəqiq bir məlumat verə bilməyəcəm. Gələcəkdə bu da olacaq”.

Qeyd edək ki, yeni kartları Türkiyə şirkəti istehsal edib.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti