Gömrükçülər qanunsuz “İphone 6” keçirən şəxsi saxlayıblar

Gömrükçülər qanunsuz  “İphone 6” keçirən şəxsi saxlayıblar
  06 Avqust 2015    Oxunub:1956
Xaçmaz gömrükçüləri qanunsuz telefon keçirən şəxsləri saxlayıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Natiq Əhmədovun idarə etdiyi “Toyota Corolla” markalı nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomaşının salonunda gömrük nəzarətindən gizlədilən 35 ədəd “İphone 6” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı təhqiqat aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti