Poçt bağlamasından qadağan edilən psixotrop maddə çıxıb
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən tədqiqata təqdim edilmiş 100 ədəd həb psixotrop maddə - metilendioksiamfetamindir (MDA və ya tenamfetamin). 100 ədəd həbdə MDA-nın təsir maddəsinin ümumi miqdarı 20 qram təşkil edir və bu maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan bağlamanı sifariş verən Azərbaycan vətəndaşı M.İsazadə müəyyən edilib və o, poçt göndərişini qəbul edən zaman saxlanılıb.
AzVision.az
Faktla bağlı təhqiqat aparılır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


