1720 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub
İdarə səlahiyyətlisi deyib ki, indiyədək müsahibədə iştirak etmək məqsədilə sorğu verən 3824 nəfərin 1720-si müsahibə mərhələsindən keçib. Müsahibədə iştirak edən 1287 nəfər isə müsahibədən keçməyib. Qeydiyyatdan keçən 63 nəfər isə müsahibədə iştirak etməyib.
A.Tairqulliyevanın sözlərinə görə, vaxtından əvvəl I sinfə qəbul olmaq üçün uşaqların buna həm əqli, həm fiziki, həm də psixoloji hazırlığı olmalıdır. Bu üç keyfiyyəti özündə çəmləyə bilməyən uşaqlar müvafiq komissiyalar tərəfindən keçirilən müsahibədən uğurla keçə bilməyiblər.
İdarə rəsmisi əlavə edib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarını bitirmiş 750 uşaq sertifikat əldə edərək müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib. Müsahibədən keçənlər avqustun 15-dən sonra sənədlərini məktəblərə təqdim etməlidirlər.







Vaxtında, Aydın, Lazımlı!


