Hitlerin silahdaşının gündəliyi tapıldı

Hitlerin silahdaşının gündəliyi tapıldı
  10 İyun 2013    Oxunub:2150
Hitlerin silahdaşı Alfred Rozenberqə məxsus gündəlik Nyurnberq prosesinin gedişatında dəlil kimi istifadə olunurdu. Məhkəmədən sonra gündəlik yoxa çıxıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, ABŞ təhqiqatçıları Alfred Rozenberqə məxsus gündəliyi aşkar ediblər. Həmin gündəlikdə ictimaiyyətə məlum olmayan 1936-1944-cü illərdə baş verən hadisələr öz əksini tapıb.

Rozenberq gündəlikdə Hitler, Henrix Himmler və Herman Herinqlə görüşlərindən, həmçinin Üçüncü reyxin rəhbərliyindəki fikir ayrılıqları və Sovet ərazisinin işğalının təfərrüatları barədə qeydlər aparıb.

Rozenberq 1933-cü ildən Milli Sosializm alman işçi partiyasının xarici siyasət idarəsinin rəhbəri, 1941-ci ildə isə işğal edilmiş şərq ərazilərinin naziri postunu tutub. Müharibə qurtardıqdan sonra o ingilislər tərəfindən həbs edilib. Nyurnberq beynəlxalq hərbi tribunalı 1946-cı ilin oktyabrın 16-da onu hərbi cinayətkar hesab edərək ölüm cəzasına məhkum edib.

Tribunalın gedişatında dəlil kimi istifadə olunan gündəlik məhkəmə prosesindən sonra itib. Bəzi məlumatlara görə, Nyurnberq prosesində ittiham olunan Robert Kempner gündəliyi ABŞ-a aparıb. 1993-cü ildə Kempnerin ölümündən bir neçə il sonra varisləri onun sənədlərini Holokost muzeyinə verməyə razılaşıblar, amma həmin sənədlərin arasında gündəlik olmayıb.

Xüsusi xidmət orqanları araşdırıb ki, gündəliyi Kempnerin katibi Herbert Riçardson götürüb. Gündəlik 2013-cü ilin əvvəlində ondan alınıb. Riçardson barəsində hər hansı ittihamın irəli sürülüb-sürülməyəcəyi naməlumdur.

AzVision.az


Teqlər:





Xəbər lenti