Şabranda ev yanıb

Şabranda ev yanıb
  06 Avqust 2015    Oxunub:1403
Şabran rayonunda ev yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şahnəzərli kəndində (rayon mərkəzindən 14 km aralı) qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti