Bakıda alimi maşın vurub öldürdü

Bakıda alimi maşın vurub öldürdü
  07 Avqust 2015    Oxunub:2600
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az - a bildirilib ki, Yasamal rayonunun H.Cavid prospektində Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid-Nisə Seyid Rzayevanı vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Seyid-Nisə xanım təyinatla 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləməyə başlayıb. O, işlədiyi müddətdə mütəmadi olaraq elmi tədqiqatla məşğul olub və 1980-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

“Yarımkeçiricilər fizikası” üzrə dosent elmi adına layiq görülən Seyid-Nisə Seyid-Rzayeva Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.


Teqlər:





Xəbər lenti