Yağış yağacaq

Yağış yağacaq
  10 İyun 2013    Oxunub:1140
Sabaha olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 16-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-21 dərəcə isti təşkil edəcək.

İyunun 11-dən 13-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.

Rayonlarda iyunun 11-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
Dağlarda gecə 6-11, gündüz 15-25 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti