Qorxunc sürpriz- VİDEO

Qorxunc sürpriz- VİDEO
  10 İyun 2013    Oxunub:1140
Böyük Britaniya hökumətinin içkili vəziyyətdə avtomobil sürənləri əməllərindən çəkindirmək üçün hazırladığı reklam çarxı internetdə izlənmə rekordlarını qırıb.
İçki məkanlarından birinin ayaqyoluna yerləşdirilmiş kamera vasitəsilə lentə alınan bu görüntülərdə güzgüyə baxan şəxslər inanılmaz və həm də qorxunc sürprizlə qarşılaşırlar. Qəflətən güzgü parçalanır və içində insan başı peyda olur. Ətrafa isə qan səpələnir. Belə mənzərə ilə qarşılaşanların isə qorxudan ürəkləri partlamaq dərəcəsinə çatır.

Reklamı hazırlayan şirkət rəhbərliyinin sözlərinə görə, buradakı səhnə əslində avtomobil vuran şəxsin maşının pəncərəsinə çırpılaraq hansı vəziyyətə düşdüyünü təsvir edir. Burada əsas məqsəd içkili vəziyyətdə olan sürücüləri sükan arxasına keçmək fikrindən daşındırmaqdır.




Teqlər:  





Xəbər lenti