Avropa Liqasında `Qarabağ` və `Qəbələ`nin rəqibləri məlum oldu

Avropa Liqasında `Qarabağ` və `Qəbələ`nin rəqibləri məlum oldu
  07 Avqust 2015    Oxunub:3489
Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində mübarizəni davam etdirən Azərbaycan klubları “Qarabağ” və “Qəbələ” səpələnməmişlər səbətində yer alıb. Hər iki klubumuzun rəqibləri bəlli olub.

“Qarabağ" "Yanq Boyz"la, "Qəbələ" isə “Panatinaikos”la qarşılaşacaq.

Qeyd edək ki, ilk oyunlar 20 avqustda rəqib meydanında, cavab oyunları isə 27 avqustda doğma meydanda keçiriləcək.

“Altax” (Avstriya) - “Belenenseş” (Portuqaliya)
“Milsami” (Moldova) - “Sent-Etyenn” (Fransa)
“Jilina” (Slovakiya) - “Atletik” (İspaniya)
“Yablonets” (Çexiya) - “Ayaks” (Hollandiya)
“Styaua” (Rumıniya) - “Rusenborq” (Norveç)
“Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan)
“Zarya” (Ukrayna) - “Legiya” (Polşa)
“Mölde” (Norveç) - “Standard” (Belçika)
“Viktoriya” (Plzen, Çexiya) - “Voyvodina” (Serbiya)
PAOK (Yunanıstan) - “Brondbü” (Danimarka)
“Bordo” (Fransa) - “Kayrat” (Qazaxıstan)
“Panatinaikos” (Yunanıstan) - “Qəbələ” (Azərbaycan)
“Lex” (Polşa) - “Videoton” (Macarıstan)
“Sauthempton” (İngiltərə) - “Mityulland” (Danimarka)
“Dinamo” (Minsk, Belarus) - “Zalsburq” (Avstriya)
“Astra” (Rumıniya) - “Alkmaar” (Hollandiya)
“Rabotniçki” (Makedoniya) - “Rubin” (Rusiya)
“Odd” (Norveç) - “Borussiya” (Dortmund, Almaniya)
“Slovan” (Çexiya) - “Hayduk” (Split, Xorvatiya)
“Krasnodar” (Rusiya) - HİK (Finlandiya)
“Atromitos” (Yunanıstan) - “Fənərbaxça” (Türkiyə)
“Tyun” (İsveçrə) - “Sparta” (Çexiya)



AzVision.az


Teqlər:  





Xəbər lenti