800 məhkum aclıq elan etdi

800 məhkum aclıq elan etdi
  19 Fevral 2013    Oxunub:1519
İsrail həbsxanalarındakı 800-ə yaxın fələstinli məhbus eyni anda aclıq elan edib.
Aksiya məhkəmə keçirilmədən, ittiham irəli sürülmədən həbs edilən və buna etiraz olaraq aylardır aclıq elan edən 4 fələstinli məhkuma həmrəylik nümayiş etdirmək məqsədilə başlayıb.
“Dörd fərqli fraksiyadan olan məhkumlar həmvətənlərinə dəstək məqsədilə eyni vaxtda üç ayrı həbsxanada həmrəylik aksiyasına start veriblər”,- Fələstinli məhkumlar cəmiyyətinin məktubunda deyilir.
Aclıq aksiyasına başlayanlar HƏMAS, “İslami cihad”, Fələstinin azadlığı uğrunda Milli və Demokratik cəbhəyə mənsub məhbuslardır.



Teqlər:





Xəbər lenti