Penelopa Krus Bondun yeni sevgilisi olacaq

Penelopa Krus Bondun yeni sevgilisi olacaq
  10 İyun 2013    Oxunub:4172
Məşhur aktrisa Penelopa Krus agent 007 filmində Bondun sevgilisi rolunda çəkiləcək.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Krus bu rolu ifa etmiş bütün aktrisalardan böyükdür. Filmin çəkilişlərinə 2014-cü ilin yayında başlanacaq. Elə həmin ilin aprel ayında aktrisanın 40 yaşı tamam olacaq.

Filmin adı və rejissoru barədə dəqiq məlumat yoxdur. May ayında mətbuatda məlumat yayılmışdı ki, filmin rejissoru “007: “Skyfall” koordinatları” filminin rejissoru Sem Mendes olacaq. Lakin Mendes bildirib ki, filmdən imtina edib və teatrda işləməyi planlaşdırır.

Xatırladaq ki, Ceyms Bond rolunu hər iki filmdə Deniel Kreyq oynayıb. Ceyms Bond barədə “007: “Skyfall” koordinatları” filmi maliyyə baxımından ən uğurlu film hesab olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti