Yeni metro kartları istifadəyə verildi

Yeni metro kartları istifadəyə verildi
  08 Avqust 2015    Oxunub:6789
Bu gündən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılıb. AzVision.az xəbər verir ki, artıq stansiyalarda terminalların yanında dayanan dispetçerlər köhnə kartlara gediş haqqı yükləmək istəyənlərə xəbərdarlıq edirlər.

"MetroKart"lar terminallara qoyulmaqla və heç bir ödəniş edilmir. Kartın girov qiyməti olan 2 manat avtomatik olaraq balansa yüklənir. Bu məbləğdən istifadə başa çatdıqda isə kartdan istifadə dayanır. Sərnişinlər yenidən ödəniş etməklə "Bakı Kart" almalıdırlar.

"BakıKart Məhdud istifadə üçün" kartının qiyməti isə 20 qəpikdir. Alındığı zaman yalnız 4 gediş yükləmək mümkündür. Bu, şəhərin qonaqları, nəqliyyat vasitələrindən daimi istifadə etməyənlər üçün nəzərdə tutulub.



Avqustun 15-dən isə köhnə metro kartlarının alışı və onlara balans yüklənməsi ümumiyyətlə dayandırılacaq. Ümumilikdə bu kartların istifadəsi isə sentyabrın 30-dək yekunlaşdırılacaq. Plastik kartın qiyməti 2 manatdır, 1 gediş haqqı 20 qəpikdir. Bu kart nəqiyyat vasitələrinin daimi istifadəçiləri üçün nəzərdə tutulub. Balansını bütün terminallardan artırmaq mümkündür.



Teqlər:  





Xəbər lenti