İlham Əliyev istirahət kompleksində - FOTOLAR

İlham Əliyev istirahət kompleksində - FOTOLAR
  08 Avqust 2015    Oxunub:5392
Azərbaycan prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında iştirak edib.

AzVision.az-ın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib.

Təxminən 7,1 hektar sahədə yerləşən kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər inşa olunub. Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Dövləti başçısı kompleksin kollektivi ilə görüşüb, açılış münasibətilə təbriklərini çatdırıb. Sonra xatirə şəkli çəkdirilib.

Azərbaycan prezidenti kompleksin həyətində yaradılan şəraitlə də maraqlanıb. Komplekslə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

Qalereya




Teqlər:  





Xəbər lenti