Metropolitendən sərnişinlərin narazılığına reaksiya
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında narahatçılığa əsas olmadığını deyib.
Hazırda məzuniyyətdə olduğunu deyən mətbuat katibi qeyd edib ki, köhnə kartların istifadəsində heç bir problem yoxdur, hər şey qaydasındadır.
Qeyd edək ki, avqustun 15-dən sentyabrın 30-dək "Metrokart"ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq. Sentyabrın 30-dək metropolitendə "Metrokart" və "Bakıkart"ın birgə istifadəsi həyata keçiriləcək. Sentyabrın 30-dan etibarən "Metrokart"ın istifadəsi dayandırılacaq.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


