Bacı qardaşdan 400 min manat oğurlayıb

Bacı qardaşdan 400 min manat oğurlayıb
  10 İyun 2013    Oxunub:3478
Hadisə Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində qeydə alınıb.
Sabunçu rayonunun Yeni Ramana qəsəbə sakini Nəzarət Xanəhmədzadənin içərisində pul olan seyfi gizlədərək polisə yalan məlumat verməsi müəyyən edilib. AzVision.az Daxili İşlər nazirliyinin saytına istinadən xəbər verir ki, İyunun 9-da Sabunçu rayonunun Yeni Ramana qəsəbə sakini Nəzarət Xanəhmədzadə 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək qəsəbədəki evindən pəncərədən girmək yolu ilə qardaşı Cəsarətə məxsus içərisində 187.635 dollar, 1500 rubl və 244.309 manat pul olan seyfin oğurlanmasını bildirib.

Aparılan araşdırmalar zamanı Nəzarət Xanəhmədzadənin seyfi evinin damında gizlətməsi, polisə isə yalan məlumat verməsi müəyyən edilmişdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti