Deputatların işə başlayacağı vaxt açıqlandı

Deputatların işə başlayacağı vaxt açıqlandı
  10 Avqust 2015    Oxunub:1791
Azərbaycan Milli Məclisinin payız sessiyasında yeni iş vaxtının başlanacağı tarix açıqlanıb.
AzVision.az xəbər verir ki, parlamentdən APA-ya verilən məlumata görə, Milli Məclis avqust ayının 30-da tətilə yekun vuraraq işə başlayacaq.

Komitələrin iclaslarına sentyabrın 15-dən başlayacaq parlamentin ilk plenar iclası sentyabrın 30-da olacaq. Bu, Azərbaycan Parlamentinin V çağırışda son sessiyası olacaq. Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə VI çağırışda seçkilər keçiriləcək.


Teqlər:



Xəbər lenti