Jurnalistin `qatili` ilə bağlı önəmli açıqlama

Jurnalistin `qatili` ilə bağlı önəmli açıqlama
  10 Avqust 2015    Oxunub:11511
“Elşən İsmayılov “AZAL” futbol klubunun əvəzedici heyətində çıxış edib”.

Bunu AzVision.az - a açıqlamasında kulubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov jurnalist Rasim Əliyevin ölümündə şübhəli bilinən futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovun klubla əlaqəsinin olması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib.

Klub rəsmisi E. İsmayılovun bir müddət öncə klubda çıxış etdiyini təsdiqləyib: “O, may ayından etibarən bizim futbolçu deyil. Bu ilin yanvar ayında o əvəzedici heyətə cəlb olunmuşdu. Amma məşqçi yeni komanda yaratdı və həmin oyunçunu heyətdə görmək istəmədi. Ona görə də Elşən İsmayılov heyətdən uzaqlaşdırıldı.”

E. İsmayılovun “Qəbələ” Futbol Klubunun oyunçusu olmasına gəlincə isə klubdan bildirilib: “Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun “Qəbələ”nin əvəzedici komandasının üzvü olduğu bildirilir.

Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-si perspektiv vəd edən futbolçu kimi “Qəbələ”nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olmuş, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov “Qəbələ” də çıxış etmirdi”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  



Xəbər lenti