Erməni səfirin qorxu dolu etirafı

Erməni səfirin qorxu dolu etirafı
  11 Avqust 2015    Oxunub:2747
“Azərbaycan Dağlıq Qarabağı qaytarmaq üçün siyasət aparmır, əslində, Ermənistanı siyasi və iqtisadi cəhətdən məhv etmək üçün addımlar atır”.
ANS PRESS–in "News.am" saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın Kanadadaki keçmiş səfiri, "Vivendi Modusu" analitik mərkəzinin rəhbəri Ara Papyan bu gün "Ermənistan-İran strateji əməkdaşlığının perspektivləri" adlı tədbirdə deyib.

Dağlıq Qarabağ münaqişəsinin müzakirələr yolu ilə həll olunmasına ümidi olmayan Papyan bildirib ki, burada Dağlıq Qarabağ ətrafıdanki münaqişə Azərbaycan üçün, sadəcə, bəhanədir.

Papyan əlavə edib ki, bəhanə təkcə Azərbaycana yox həmçinin Türkiyəyə də sərf edir. Çünki onlar qarşılarında əngəl kimi dayanan Ermənistanı məhv etmək istəyirlər.


Teqlər:



Xəbər lenti