Bakıda mənzildə civə həyəcanı

Bakıda mənzildə civə həyəcanı
  11 Avqust 2015    Oxunub:1967
Bakının Nərimanov rayonunda mənzildə termometr sınıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bununla bağlı “112”qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, mənzildə termometrin sınması nəticəsində daxilindəki civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 22:30-da başa çatıb.


Teqlər:



Xəbər lenti