Dollar ucuzlaşdı, avro bahalaşdı

Dollar ucuzlaşdı, avro bahalaşdı
  11 Avqust 2015    Oxunub:2210
Bu gün avqustun 10-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0, 0001 manat və ya 0,01% ucuzlaşaraq 1,0493 manat səviyyəsində qalıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0014 manat və ya 0,12% artaraq 1,1522 manat olub.

b>Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti