"Barselona" və "Sevilya"- Superkubokun qalibi kim olacaq?

"Barselona" və "Sevilya"- Superkubokun qalibi kim olacaq?
  11 Avqust 2015    Oxunub:2532
Bu gün Avropa superkubokunun qalibinin adına aydınlıq gələcək.
AzVision.az xəbər verir ki, Çempionlar Liqasının son qalibi "Barselona" ilə Avroliqanı qazanan "Sevilya" qarşılaşmasında superkubokun qalibi müəyyənləşəcək.

İki ispan klubu Gürcüstanın paytaxtı Tiflisdə, "Dinamo Arena"da münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

11 avqust

Avropa superkuboku

23:45. "Barselona" (İspaniya) – "Sevilya" (İspaniya)
Hakimlər: Uilyam Kollum, Frensis Konnor (hər ikisi Şotlandiya), Damyen Makqreyt (İrlandiya)
Tiflis. "Dinamo Arena"

Qeyd edək ki, "Barselona" tarixi ərzində 9-cu, "Sevilya" isə dördüncü dəfə superkubok matçına çıxacaq. Kataloniya təmsilçisi 4 dəfə superkubok qalibi olduğu halda, "Sevilya" cəmi bir dəfə bu titula sahib çıxıb.

Anar Kəlbiyev

AzVision.az


Teqlər:





Xəbər lenti