Çin ikinci qadını kosmosa göndərəcək

Çin ikinci qadını kosmosa göndərəcək
  10 İyun 2013    Oxunub:1162
Çin ikinci qadın kosmonavtını kosmosa göndərəcək.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Çin rəsmiləri bildiriblər ki, ölkə kosmos stansiyası tikdiyi üçün qadın kosmonavtın missiyası uzun çəkəcək.

“Shenzou-10” (“İlahi gəmi”) sabah kosmosa göndəriləcək. Qadın kosmonavt Vanq Yapinq də kosmik gəmidə olacaq. Gəmi orbitə 15 günə çatacaq.

Çin bununla orbitdə kosmik stansiya tikmək və kosmonavtların orada uzun müddət qalmasını təmin etmək niyyətindədir.

Çindən kosmosa uçan ilk qadın keçən ilin iyununda Liu Yanq olub. Onun missiyası 13 gün çəkib və ölkədə ən uzunmüddətli missiya hesab olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti