Xalq artistinin ayağı amputasiya olundu

Xalq artistinin ayağı amputasiya olundu
  11 Avqust 2015    Oxunub:3541
Xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya M. Maniyevin xanımı Nəsibə Maniyeva məlumat verib. O, qeyd edib ki, xalq artisti bu gün Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub:

“Əməliyyat sol ayağından olunub. Sol ayaq topuq nahiyyəsindən amputasiya olunub. Bir müddət əvvəl barmağında qaralma var idi. Biz düşünürdük ki, ən pis halda barmaq kəsilər, amma mümkün olmadı. Həkimlər əməliyyatı vacib hesab etdilər. Əgər ayaq amputasiya olunmasaydı, qanda zəhərlənmə ola bilərdi, bu da yuxarı ətrafların səradan çıxmasına gətirib çıxarardı”.

Həyat yoldaşı bildirib ki, M. Maniyev hazırda reanimasiyadadır: “Ümid edirik ki, reanimasiyadan palataya yerləşdirilməsi çox çəkməyəcək. Baş həkimə də, həkimlərlə də danışmışıq, əllərindən nə gəlirsə, edirlər”.

Qey dedək ki, M. Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib.


Teqlər:  



Xəbər lenti