Gürcüstanda cihad təhlükəsi - VİDEO

 Gürcüstanda cihad təhlükəsi - VİDEO
  10 İyun 2013    Oxunub:1273
`Taliban` Gürcüstana hücum edəcəyini bəyan edib. Bu xəbər gürcüləri həm qorxudub, həm də çaşdırıb.
`Taliban` terrorçuları gürcü hərbiçilərə qarşı cihad elan ediblər və bu müharibə artıq başlayıb. Xatırladaq ki, bir müddət əvvəl Əfqanıstanda terrorçu kamikadzenin hücumu nəticəsində NATO ordusu sıralarında xidmət edən 7 gürcü hərbiçi həlak oldu. Bu hadisə ilə əlaqədar Gürcüstanda matəm elan olundu.

O ki qaldı müharibənin davam etdiriləcəyinə, nəzərinizə çatdıraq ki, taliblər bu barədə YouTube-da videoçarx yerləşdiriblər. Xamməd Zaman tərəfindən yerləşdirilən müraciətdə `Mixeil Saakaşvili və onun sülhməramlılarına qarşı müharibə elan olunub`. Terrorçular nəinki əsgərləri, hətta onların qohumları və tanışlarını qətlə yetirməklə hədələyirlər.

Əfqanıstanda gürcü hərbiçilərin bazasına hücum taliblərin niyyətlərinin ciddi olduğunu sübut etdi. Bu baxımdan, hazırda Gürcüstanın NATO-dakı kontingenti təhlükə altındadır.

Video çarxda gürcüləri ən çox narahat edən isə taliblərin Gürcüstana hücum edəcəklərini bildirmələridir. Onlar Əfqanıstana sülhməramlılar göndərilməsi ideyasının müəllifi Mixeil Saakaşvilidən cavab gözləyirlər.

“Əfqanıstan bizim vətənimizdir...Xaç asanlar bizi özlərinə qul etmək istəyiblər. Lakin biz onların hamısını cəzalandıracağıq. Allah onların hamısını cəzalandıracaq. İndi isə yeni xaçlılar, Gürcüstan xaç gəzdirənləri peyda olub. Onların prezidenti Mixeil Saakaşvili onları Əfqanıstana göndərməyə qərar verib. O bizim arvad –uşaqlarımızı öldürməkdə Amerikaya kömək etmək istəyir. İndi biz onlara qarşı cihad elan edirik. Onlar hər gün Helmandda əzab içində ölürlər. Helmand onlar üçün qəbir olacaq. Onların hamısını öldürəcəyik və sonra Gürcüstana gələcəyik, qisas alacağıq. Saakaşvili biz gəlirik. Sizin ünvanlarınızı bilirik,qohumlarınızı tanıyırıq. Sizi cəzalandıracağıq” –deyə müraciətdə bildirilir.

Gürcüstanda ümumxalq təşkilatları dəfələrlə prezidentə müraciət edərək Əfqanıstana əsgər göndərilməməsini tələb ediblər. Lakin heç bir əhəmiyyəti olmayıb. Bəs görəsən terrorçuların bu hədəsi Saakaşvilinin siyasətinə təsir edəcəkmi?

Səbinə Həsənova
AzVision.az





Teqlər:  





Xəbər lenti