“Şahdağ”dakı oğurluğa görə daha 2 nəfər saxlanıldı

“Şahdağ”dakı oğurluğa görə daha 2 nəfər saxlanıldı
  11 Avqust 2015    Oxunub:1778
İki gün öncə “Şahdağ” turizm kompleksində baş verən oğurluq hadisəsi ilə bağlı daha iki nəfər saxlanılıb.
AzVision.az - ın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 9-da "Şahdağ” qış-yay turizm kompleksinin ərazisindən 420 metr elektrik kabeli oğurlanıb.

Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kabeli oğurlamış qrupun digər üzvləri - rayon sakinləri Fariz Qırxlarov və Elşad Hacıverdiyev tutulub.
Dünən isə bu hadisə ilə bağlı rayon sakinləri Əlverdi Hacıverdiyev və Ayaz Sərkərov saxlanılmışdı.


Teqlər:





Xəbər lenti