İlham Əliyev xarici işlər nazirini qəbul edib

İlham Əliyev xarici işlər nazirini qəbul edib
  10 İyun 2013    Oxunub:1296
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı qəbul edib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı.

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçin ölkəmizə səfərini və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı aparılan müzakirələri məmnunluqla xatırladı.

Dövlətimizin başçısı Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanın Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiya Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Müstəqillik illərindən əvvəlki dövrlərdə də ölkələrimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu vurğulayan nazir bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyi də qəbul edib.

Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ölkəmizə səfəri zamanı paytaxtımızda çox böyük inkişafın şahidi olduğunu dedi.

Nazir ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bu səfərin yaxşı imkan yaratdığını bildirdi. Bakıya səfərinin ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 20 illik ildönümü ilə üst-üstə düşdüyünü deyən nazir bu münasibətlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunu və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun məktubuna görə minnətdarlığını bildirdi, ən xoş arzularını Belarusun dövlət başçısına çatdırmağı xahiş etdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti