Almaniyada ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb

Almaniyada ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb
  12 Avqust 2015    Oxunub:1613
Almaniyanın cənub-şərqində ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb. Trend bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Yerli polisin verdiyi məlumata görə, təyyarə qəzaya uğradığı zaman pilot özünü xilas edə bilib. Yüngül zədələr alan pilot xəstəxanaya yerləşdirilib.

İnsident yerli vaxtla saat 9:30-da baş verib. Təyyarə meşə ərazisinə düşüb.

Əraziyə tezliklə ABŞ hərbi mütəxəssislərinin gələcəyi gözlənilir.

Qəzaya uğrayan təyyarənin F-16 çoxməqsədli yüngül döyüş təyyarəsi olduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti