Ağdaş sakinin evi yandı

Ağdaş sakinin evi yandı
  12 Avqust 2015    Oxunub:1702
Ağdaş rayonunda vətəndaşa məxsus mənzildə yanğın hadisəsi baş verib.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun, Xosrov kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 221 kv.m olan birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 185 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti