OPEK Azərbaycanla bağlı proqnozunu açıqladı

OPEK Azərbaycanla bağlı proqnozunu açıqladı
  12 Avqust 2015    Oxunub:3183
OPEK 2015-ci ildə dünyanın neftə olan tələbat artımı proqnozunu iyul qiymətləndirməsi ilə müqayisədə sutkada 90 min barel artırıb.

AzVision.az-ın məlumatına görə, bu barədə təşkilatın avqust hesabatında bildirilir.

İndi OPEK 2015-ci ildə dünyanın neftə olan tələbatını sutkada 92,7 milyon barel səviyyəsində gözləyir ki, bu da 2014-cü ilə nisbətdə 1,38 mln. barel çoxdur.

Hesabatda bildirilir ki, bu il Azərbaycanda neft hasilatı stabil qalacaq.
"2015-ci ildə Rusiyada neft hasilatı artacaq, halbuki, Qazaxıstan və digər MDB ölkələrində düşə bilər. Azərbaycanda neft hasilatı stabil qalacaq", - deyə hesabatda qeyd olunur.

2016-cı ilə olan proqnoz 100 min barel artırılıb və indi təşkilatın proqnozuna görə, gələn il dünyanın neftə olan tələbatı 2015-ci ilin səviyyəsindən sutkada 1,34 mln barel çox olacaq və sutkada təqribən 94,04 mln barel təşkil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti