Neftimiz ucuzlaşdı

Neftimiz ucuzlaşdı
  12 Avqust 2015    Oxunub:2046
Azərbaycan neftinin qiyməti azalıb.
Azərbaycan Dövlət Neft Şirkətindən AzVision.az-averilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,33% və ya 0,68 dollar azalaraq 50,40 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,08 dollar azalaraq 43,00 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,35 dollar azalaraq 48,83 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti