Türkiyə təkzib etdi: “Polislər mitinqə görə intihar etməyib”

Türkiyə təkzib etdi: “Polislər mitinqə görə intihar etməyib”
  10 İyun 2013    Oxunub:1048
Türkiyə Əmniyyət Müdirliyi (Daxili İşlər Nazirliyinin baş polis idarəsi) mitinqə görə 6 polisin intihar etməsini təkzib edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Polis idarəsindən yayılan məlumatda bu xəblərin əsassız olduğu bildirilib:

“Gezi Parkı hadisələrinə görə heç bir əməkdaşımız intihar etməyib. Son iki həftə ərzində ailə məsələlərinə görə 2, əsəb pozğunluğuna görə 1 və qardaşının polis məktəbinə daxil olmaq üçün qəbul imtahanından kəsilməsinə görə 1 polis intihar edib. Bu isə 4 nəfərdir, 6 yox"

Qeyd edək ki, mətbuatda Türkiyənin Gezi parkındakı etirazlardan bəri ölkədə altı polisin intihar etməsi ilə barədə məlumatlar əks olunmuşdu.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti