Neft Fondu iki günə 18 mln itirdi

Neft Fondu iki günə 18 mln itirdi
  12 Avqust 2015    Oxunub:2115
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Çinin milli valyutası - yuanın devalvasiyasının davam etməsi səbəbindən bu gün daha 8 mln. ABŞ dolları itirib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, avqustun 12-də Çin Mərkəzi Bankı yuanı daha 1,62% devalvasiya edib.

Bu qərardan sonra ARDNF Çin istiqrazlarına 500 mln. dollarlıq yatırımı 8 mln. dollar dəyərdən düşüb. Dünənki devalvasiya da nəzərə alınmaqla, son iki gündə ARDNF-nin zərəri 18 mln. dollara yaxın olub.


Teqlər:





Xəbər lenti