“Neftin qiyməti 40 dollardan aşağı düşərsə...”- Vahid Əhmədov

“Neftin qiyməti 40 dollardan aşağı düşərsə...”- Vahid Əhmədov
  12 Avqust 2015    Oxunub:6068
“İranın altılıq dövlətləri ilə imzaladığı müqavilə əsasında İran nefti dünya bazarına daxil olandan sonra neftin qiymətində ciddi problem yaranacaq”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, neftin qiyməti 40 dollara kimi düşə bilər:

“Bundan da aşağı olacağına isə inanmıram. Sözsüz ki, bu məsələ daha çox dünyada gedən siyasi proseslərdən asılıdır. Neftin dünya bazarında qiyməti 40 dollardan aşağı düşərsə, bu neft ixrac edən ölkələrdə, o cümlədən Azərbaycanda ciddi problemlər yarada bilər. Çünki bizim əsas gəlirimiz neftin ixracı ilə əlaqədardır”.

Neftin qiymətinin ucuzlaşması fonunda manatın növbəti devalvasiyasının baş verə biləcəyinə gəlincə, Milli Məclisin üzvü qeyd edib ki, manat neft ilə bağlı milli valyutadır:
“Bizim iqtisadiyyat daha çox neftdən asılıdır. Düzdür son vaxtlar qeyri-neft sektorunda müəyyən inkişaf var, amma bu yüksək dərəcədə deyil. Müəyyən artımlar var. Milli valyutamız birbaşa neftdən asılı olduğuna görə, neftin qiyməti daha da ucuzlaşsa, ola bilsin ki, devalvasiya prosesi də getsin”.

Qeyd edək ki, Dünya Bankı (DB) 2016-cı ildə İrana qarşı sanksiyalar ləğv olunandan sonra neftin qiymətinin 10 dollara qədər enəcəyini proqnozlaşdırır. `İranın dünya bazarına qayıtması gündəlik əlavə bir milyon barel anlamına gəlir ki, bu da gələn il neftin qiymətini bir barelə görə 10 dollar salacaq`, - deyə hesabatda bildirilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti